Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" tarixində bir ilk! - Ardaya görə baş həkimi qovdular

Tarix: 13 Noyabr 2023 15:40

İspaniya nəhəngi "Real Madrid"də başda Arda Güler ​​olmaqla bir çox futbolçunun zədələrinin təkrarlanmasından sonra klubun baş həkimi Niko Mihiç işdən çıxarılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, Madrid "Real"ına transfer olunduğu gündən zədələri ilə mübarizə aparan Güler ​​həkimlər qrupunun rəhbəri Niko Mihiçin işdən çıxarılmasına səbəb olub.

Bildirilib ki, gənc futbolçunun ilk zədəsində əməliyyatla bağlı həkim Layes arasında fikir ayrılığı yaranıb.

Mihiçin fikirlərinin Arda Gülərin əməliyyat olunmamasının lehinə olduğu bildirilib.

Həmçinin 2017-ci ildən "Real Madrid"də çalışan Mihiçin ötən mövsüm Benzema, Alaba və Ceballosun zədələrinin təkrarlanmasına təsiri olduğu qeyd olunur.

Milli.Az


Etiketlər:  Real tarixində bir ilk Ardaya görə baş həkimi qovdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ