Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi yeniləndi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi yeniləndi

Tarix: 5 Noyabr 2019 10:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Trend-in məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın tərkibi sədrdən (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri), üzvlərdən (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının rəhbəri, Aparatın Hüquq və daxili nəzarət şöbəsinin müdiri, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru) ibarətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dövlət Şəhərsalma Arxitektura Komitəsinin kollegiyasının tərkibi yeniləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ