Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Darçiaşvili: Gürcüstan Ermənistan-Azərbaycan sülh prosesində tərəfsiz oyunçudur

Darçiaşvili: Gürcüstan Ermənistan-Azərbaycan sülh prosesində tərəfsiz oyunçudur

Tarix: 15 Noyabr 2023 12:02

"Bizim iki dost və qardaş ölkə ilə birlikdə əsas hədəfimiz regionda sülh və sabitliyi təmin etməkdir".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkənin ictimai telekanalının efirində bildirib.

XİN rəhbəri, Gürcüstanın bu prosesdə tərəfsiz oyunçu rolunu uğurla həyata keçirdiyini deyib.

O, Ermənistan-Azərbaycan münaqişəsinin çox çətin və kompleks olduğunu, bu illər ərzində Gürcüstanın bu "təbii rolu" oynamağa çalışdığını qeyd edib.

Nazir əlavə edib ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin xüsusi səyləri sayəsində konkret nəticələr əldə edilib.


Etiketlər:  Darçiaşvili Gürcüstan Ermənistan Azərbaycan sülh prosesində tərəfsiz oyunçudur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ