Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2019 11:16
Sports.kz saytının versiyasına əsasən, Qazaxıstan Premyer Liqasında 32-ci turun rəmzi komandası açıqlanıb.
Qol.az xəbər verir ki, “Tobol”un azərbaycanlı qapıçısı Emil Balayevin də adı ən yaxşı 11-likdə yer alıb.
25 yaşlı qolkiper son turda “Astana" ilə görüşdə (0:1) qol buraxsa da, onun bir neçə dəfə komandasını real qoldan xilas etdiyi bildirilib. Balayevin komanda yoldaşlarından heç kim bu siyahıda yer almayıb.
Qeyd edək ki, "Tobol" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.