Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 12:22
ABŞ Prezidenti Co Bayden San-Fransiskoda çinli həmkarı Si Cinpinlə görüşün başa çatmasından sonra mətbuat konfransı keçirib.
Sonxeber.net manset.az-a istinadən xəbər verir ki, o, jurnalistlərin Çin-ABŞ münasibətləri, İsrail və HƏMAS arasında müharibə, eləcə də digər mövzularda suallarını cavablandırıb.
Bayden HƏMAS-ın xəstəxana altında hərbi qərargah yerləşdirməklə hərbi cinayətlər törətdiyini bildirib. Onun sözlərinə görə, İsrail məhdud sayda silahlı qüvvə ilə "Əl Şəfa"ya daxil olub.
O əlavə edib ki, İsrailin Qəzzanı ələ keçirməsi böyük səhv olar. ABŞ Prezidenti jurnalistlərin müharibənin nə vaxt başa çatacağı barədə sualına belə cavab verib: "Mən falçı deyiləm".
Bayden çərşənbə günü deyib ki, o, İsrailin baş naziri Benyamin Netanyahuya iki dövlətli planın İsrail-Fələstin münaqişəsinin həllinin yeganə yolu olduğunu bildirib. O, HƏMAS tərəfindən saxlanılan girovları azad etmək üçün əlindən gələni etdiyini vurğulayıb.