Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rövnəq Abdullayev De Byazinin millidə qalmasından danışdı

Rövnəq Abdullayev De Byazinin millidə qalmasından danışdı

Tarix: 17 Noyabr 2023 07:54

Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə hər kəsi təbrik edirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin İsveçə 3:0 hesabı ilə qalib gəldikləri Avro-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, millinin baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılması məsələsi hələ müzakirə olunmur:

"Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda millimizin Belçika ilə oyunu var. C.Byaziyə uğurlar arzulamalıyıq ki, komandamız səfərdə yaxşı oyun nümayiş etdirə bilsin, futbolçularımızın əhval-ruhiyyəsi yüksəlsin".

Milli.Az


Etiketlər:  Rövnəq Abdullayev De Byazinin millidə qalmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ