Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əbülfəs Qarayev qayınatasının yubileyində - FOTO

Əbülfəs Qarayev qayınatasının yubileyində - FOTO

Tarix: 17 Noyabr 2023 16:42

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecə keçirilib. Yubiley münasibətilə teatrın hazırladığı "Sənsiz" tamaşasının premyerası olub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Onların arasında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev də olub.

Qeyd edək ki, Əbülfəs Qarayev Tofiq Kazımovun qızı Lalə Kazımova ilə evlidir. Dünənki tədbirə də ailə üzvü qismində qatılıb.

Xatırladaq ki, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Bu cinayət əməllərinin üzə çıxmasından sonra Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edilmişdi.

Milli.Az


Etiketlər:  Əbülfəs Qarayev qayınatasının yubileyində FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ