Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2023 17:54
YUNESKO daxilində çoxdan yaşanan böhran bu gün də davam etməkdədir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, öz üzərinə düşən missiya və funksiyaları yerinə yetirə bilməyən qurumda bu dəfə Qətər Əmiri şeyx Təmim bin Həməd Al Taninin anası Şeyxa Moza bint Nasir əl-Misnəd YUNESKO-nun xoşməramlı səfiri vəzifəsini tərk edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Lalə Xəlilzadə deyir ki, bu təşkilat daim ermənipərəst mövqeyi ilə seçilib. Xüsusilə ermənistan xin rəhbəri ilə Yunesco rəhbərinin son görüşü bunu bir daha təsdiq etdi.
YUNESKO-nun rəhbəri, fransız Odri Azulen erməni lobbisi ilə yaxınlığı ilə də tanınır. Azərbaycanın dəfələrlə müraciət etməsinə rəğmən, bu təşkilatın Ermənistanın Azərbaycanın bütün tarixi və mədəni irsini məhv etdiyi Qarabağa missiya göndərmək istəməməsi də hamıya gün kimi aydın idi.
Təşkilat bu gün də erməni lobbisinin təzyiqlərinə müqavimət göstərə bilmir. İndi də YUNESCO faktiki olaraq Fransa tərəfindən idarə olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: