Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanıldı

İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanıldı

Tarix: 18 Noyabr 2023 10:42

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı "Kartel-2 operasyonu" adlı əməliyyat keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa verdiyi və qırmızı bülletenlə axtarılan Nenad Petrak adlı narkobaron saxlanılıb.

Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.

Xorvatiyanın Korrupsiyaya Qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, Nenad Petrak təxminən doqquz ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir.

A.Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam edəcəyini qeyd edib.

Milli.Az


Etiketlər:  İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanıldı


RƏYLƏR