Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2023 19:08
"NordPass" dünyanın ən populyar parollarının reytinqini dərc edib.
Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, sındırılması bir saniyədən çox çəkməyən parolların siyahısında birinci yeri 4,5 milyon istifadə ilə "123456" şifrəsi tutur.
İkinci yerdə 4 milyon insanın istifadə etdiyi "admin" paroludur.
İlk üçlüyü 1,3 milyon istifadəçi ilə "12345678" qapayıb.
Siyahıya daxil edilən digər çox yayılmış şifrələrə "1234567890", "Aa123456" və "qwerty" də daxildir.
Məlumata görə, 2022-ci ildə lider olan "password" parolu 7-ci yeri tutub. Mütəxəssislərin fikrincə, bu şifrələr hər hansı biri avtomatlaşdırılmış proqramlardan istifadə etməklə cəmi bir neçə saniyə ərzində sındırıla bilər.
Belə ki, mütəxəssislər 2023-cü ildə ən çox yayılmış parolların siyahısının faktiki olaraq dəyişməz qalacağını proqnozlaşdırırlar.