Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?

Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?

Tarix: 19 Noyabr 2023 04:45

Sirroz - qaraciyərin müxtəlif xəstəliklərinin sonuncu, yekun mərhələsidir. Bu zaman qaraciyərdə çapıqlar çoxalır, hüceyrələr zədələnir.

Milli.Az medicina.az-a istinadən bu diaqnozla orta ömür barədə proqnozları təqdim edir.

Kompensə olunmuş, yəni yüngül forma, simptomları uzun illər özünü göstərməyən sirrozda ömür 9-14 il sürə bilir.

Dekompensə formasında artıq əlamətlər görülür, bu zaman qaraciyər köçürülməsi mümkün olmazsa, orta ömür 3-6 il olur.

Ömür müddətinə nə təsir edir:

- Qarın boşluğuna maye yığılması - Assit
- Baş beynin disfunksiyası
- Albuminin miqdarının kəskin artması
- Bilirubin miqdarı
- Qanın laxtalanması

Xəstədə bu əlamətlər nə qədər çoxdursa, yaşama şansı bir o qədər azalır.

Sirroz xəstəsinin ömür müddətini proqnozlaşdırmaq üçün MELD modelindən də istifadə olunur. Burda 3 əsas göstəriciyə baxılır: bilirubin, MHO, kreatinin.

Bu göstəricilər nə qədər çoxdursa, artırsa, ölüm riski bir o qədər yüksəlir.

Xəstəyə necə yardım etməli:

İlk növbədə xəstə spirtli və zərərli içkilərdən tam imtina etməlidir.

Ömrü uzatmaq üçün həyat tərzinə dəyişiklik etmək lazımdır:

- fiziki aktivlik, gimnastika
- Çəkinin normal olması
- Hepatitləri müalicə etmək

- Siqaretdən imtina
- Düzgün qidalanma

- Duzu azaltmaq
- Vitamin və sink qəbul etmək
- C vitamini qəbulundan qaçmaq
- Qanı nəzarətdə saxlamaq. 

Milli.Az


Etiketlər:  Qaraciyər sirrozu ilə neçə yaşamaq olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ