Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yoldan sağa dönmək qadağan edildi - SÜRÜCÜLƏR NARAZIDIR

Bu yoldan sağa dönmək qadağan edildi - SÜRÜCÜLƏR NARAZIDIR

Tarix: 20 Noyabr 2023 16:50

Bakıda hərəkətin təşkilinə edilmiş dəyişiklik sürücülərdə narazılıq yaradıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsindən gedir. Əvvəllər Həsənoğlu küçəsi ilə hərəkət edən sürücülər Təbriz küçəsi ilə kəsişmədən sağa dönərək Nərimanov metrostansiyasına doğru hərəkət edə bilirdilər. Lakin hərəkətin təşkilinə edilmiş dəyişiklikdən sonra sağa dönmə qadağan edilib. Belə ki, asfalt üzərindəki 1.18 nişanlanması yalnız düzünə hərəkəti məcbur edir.

Sürücülər bildirir ki, dəyişiklikdən sonra Nərimanov metrostansiyasına getmək üçün 15 dəqiqə əlavə yol qət etməli oluruq.

Milli.Az


Etiketlər:  Bu yoldan sağa dönmək qadağan edildi SÜRÜCÜLƏR NARAZIDIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ