Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İraq Prezidenti: Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq

İraq Prezidenti: Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq

Tarix: 20 Noyabr 2023 18:03

İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı söyləyib.

Dövlətimizin başçısı Azərbaycanda sülh və sabitliyə nail olması münasibətilə təbrik edən Əbdüllətif Camal Rəşid deyib: "Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır".

Milli.Az


Etiketlər:  İraq Prezidenti Ölkəmizdə Azərbaycan üçün biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ