Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 17:08
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, onu devirmək üçün "Maydan-3" əməliyyatı bu ilin sonunda baş tutmalıdır.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Zelenski bu barədə "San" qəzetinə müsahibəsində deyib.
Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları inkişaf etdirir. O, ölkədə "Maydan-3"ün keçirilməsi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatı və digər tərəfdaşlarından alıb.
"Əməliyyat 2023-cü ilin sonuna qədər aparılmalıdır. Planın təfərrüatı bu anda müəyyən hadisələrdən asılı olaraq dəyişə bilər. Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu əməliyyatda istənilən mövcud vasitələrdən istifadə olunacaq.