Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təranə Qumral qarğış etdi

Təranə Qumral qarğış etdi

Tarix: 22 Noyabr 2023 22:55

Ötən ay müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini açıqlamışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Nazənin isə qalmaqal yaşadığı cütlüyün reklam xatirinə yalan danışdığını iddia etmişdi. Bu gün "Həmin Zaur" verilişində qonaq olan Təranə Qumral onu yalan danışımaqda ittiham edən həmkarına belə cavab verib: 

"Hər kəs ki, yalandan özünə xəstəlik adı qoyursa, buradan deyirəm və özü də bilir ki, ismarıcım kimədir. Allah özünün canına xəstəlik qismət etsin".

Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.

Milli.Az


Etiketlər:  Təranə Qumral qarğış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ