Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 09:10
Fransanın PSJ klubu Qonçalo Ramosun transfer hüququna yiyələnib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paris təmsilçisi 22 yaşlı forvard üçün Lissabon təmsilçisinə 65+15 milyon avro ödəyəcək.
Müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Q. Ramos PSJ-nin heyətində meydana çıxdığı 15 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.