Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəstənin bağırsağında aşkar edilən canlı həkimləri təəccübləndirdi

Xəstənin bağırsağında aşkar edilən canlı həkimləri təəccübləndirdi

Tarix: 23 Noyabr 2023 10:56

ABŞ-nin Missuri ştatında həkimlər bir kişinin bağırsaqlarında diri milçək tapıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həşərat kolonoskopiya zamanı aşkar edilib.

63 yaşlı kişi xəstəxanada planlı müayinədən keçib. Kolonoskopiya prosedurundan əvvəl ona pəhriz saxlamaq, bağırsaqlarını təmizləmək və kifayət qədər maye qəbul etmək tövsiyə olunub.

ABŞ-nin Missuri Universitetinin Tibb fakültəsinin həkimləri kişinin bağırsaqlarını müayinə edib, beş kiçik polip çıxarıblar. Bu zaman onun yoğun bağırsağında yad cisim, vızıldayan milçək də aşkar ediblər.

Həkimlər həşəratın xəstənin bədəninə bir gün əvvəl yediyi salatla birlikdə daxil olduğunu təxmin ediblər. 

Milli.Az


Etiketlər:  Xəstənin bağırsağında aşkar edilən canlı həkimləri təəccübləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ