Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arif Alvi: İlham Əliyevin güclü liderliyi sayəsində qazanılan Qələbə ilə həm də tarixi ədalət bərpa olundu

Arif Alvi: İlham Əliyevin güclü liderliyi sayəsində qazanılan Qələbə ilə həm də tarixi ədalət bərpa olundu

Tarix: 23 Noyabr 2023 17:18

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu əlamətdar gün münasibətilə Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edən Prezident Arif Alvi qeyd edib: "Bu əlamətdar gün (Zəfər Günü - red.) bizə Azərbaycan xalqının doğma Vətənin müdafiəsi uğrunda qəhrəmancasına mübarizəsini xatırladır. Sizin güclü liderliyiniz sayəsində qazandığınız bu strateji Qələbə nəticəsində təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyü deyil, həm də tarixi ədalət bərpa olundu. Builki bayram xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan qanuni ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib.

Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək. Qoy, bu Zəfər regionda sülhü, sabitliyi, inkişafı və rifahı dönməz etsin!".

Prezident Arif Alvi uzun illərdən bəri yüksələn xətlə inkişaf edən qardaşlıq münasibətlərimizin son vaxtlarda keçirilmiş yüksək səviyyəli görüşlər və xalqlar arasında təmaslar nəzərə alınmaqla çoxşaxəli əməkdaşlıq vasitəsilə gücləndirilməsi istiqamətində dövlətimizin başçısı ilə birgə işləməyə ümidvar olduğunu vurğulayıb.

Milli.Az


Etiketlər:  Arif Alvi İlham Əliyevin güclü liderliyi sayəsində qazanılan Qələbə ilə həm tarixi ədalət bərpa olundu


RƏYLƏR