Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 21:24
"Hazırda KTMT-dən və Rusiya hərbi bazasının ölkə ərazisindən çıxarılması Ermənistanın gündəliyində deyil".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu ölkənin xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.
O, Rusiya Dumasının Konstantin Zatulinin açıqlamalarını şərh edərkən bunları qeyd edib.
Nazir müavini Rusiya ilə Ermənistan arasında münasibətlərin işçi şəraitdə davam etdiyini desə də, bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu vurğulayıb.