Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qara Qarayev De Byazi haqda: "Məni təəssüfləndirdi"

Qara Qarayev De Byazi haqda:

Tarix: 23 Noyabr 2023 23:28

"Bəhs olunan həmin videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təəssüfləndirdi".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu "Neftçi"də çıxış edən Qara Qarayev şəxsi instaqram hesabında yazıb.

Təcrübəli futbolçu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Milli komandanın sabiq baş məşqçisinin dedikləri yəqin ki, özü haqqında tam məlumatın yekunu idi. Təqdim etdiyi videoda mən yoxam, məntiqlə, orada 7-8 oyunçu var və qalanları kadrda yoxdur. Bu o deməkdir ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Bu müsahibəni verdiyi üçün çox sevindim. Bir gün əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlik idi. 10 ilə yaxın millidə oynamışam. Yaxşı və pis oynadığım dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan milli formanı ləyaqətlə geyinmişəm", - deyə Qarayev vurğulayıb.

Milli.Az


Etiketlər:  Qara Qarayev De Byazi haqda Məni təəssüfləndirdi


RƏYLƏR