Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskidən Rusiyaya qarşı böyük sanksiya

Zelenskidən Rusiyaya qarşı böyük sanksiya

Tarix: 24 Noyabr 2023 07:48

Ukrayna Prezidenti Vladimir Zelenski iki fərmanla Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsə sanksiya tətbiq edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna hökumətinin məlumatında deyilir.

Sanksiyalar siyahısına Rusiyanın "Mərkəz" qoşunlar qrupunun komandanı, general-leytenant Andrey Mordviçev, Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, habelə TASS-ın baş direktoru Andrey Kondraşov, həmçinin Donetsk və Luqansk "respublika"larının "ombudsman"ları Daria Morozova və Viktoriya Serdyukova və başqaları daxildir.

Bundan əlavə, Zelenski Rusiya, Kipr, Çin və digər ölkələrdə qeydiyyatdan keçmiş aviasiya, tikinti və texnologiya sahələrində ixtisaslaşmış rus şirkətlərinə sanksiya tətbiq edib.


Etiketlər:  Zelenskidən Rusiyaya qarşı böyük sanksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ