Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyevə PUA hücumu: dağıntılar var

Kiyevə PUA hücumu: dağıntılar var

Tarix: 25 Noyabr 2023 09:48

Rusiya ordusu noyabrın 25-nə keçən gecə və səhər saatlarında Kiyevə hava hücumu edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat yayıb.

O bildirib ki, Rusiyanın kamikadze dronları hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilsə də, qalıqları dağıntılara səbəb olub:

"Düşmənin PUA-larının vurulması və dağıntıların olması nəticəsində Solomensk rayonundakı uşaq bağçasının ərazisində yanğın baş verib. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Fövqəladə hallar xidmətinin əməkdaşları əraziyə cəlb olunub".

Kiyev şəhər meri Vitali Kliçko isə açıqlamasında qeyd edib ki, Solomenski rayonunda bir neçə yerdə - yaşayış binasında və qeyri-yaşayış sahələrində yanğın olub:

"Həmçinin Solomenski rayonunda 11 yaşlı uşaq xəsarət alıb. Həkimlər hadisə ilə bağlı yardım göstərirlər".

Qeyd edək ki, Kiyev şəhər Hərbi Administrasiyası paytaxta doğru yeni kamikadze dronlarının hücumunun olacağı xəbərdarlığını edib.

Milli.Az


Etiketlər:  Kiyevə PUA hücumu dağıntılar var


RƏYLƏR