Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Göyçaydakı qəzada 4 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Göyçaydakı qəzada 4 nəfər xəsarət alıb

Tarix: 6 Noyabr 2019 09:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 3-ü lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyi Göyçaydakı qəzada nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ