Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı - FOTO

Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı - FOTO

Tarix: 25 Noyabr 2023 19:16

Afroamerikalı Corc Floydu kobud şəkildə saxladığı üçün ölümünə səbəb olan polis məmuru Derek Şovin hazırda həbsdə olduğu Arizona ştatının federal həbsxanasında bıçaqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəzarətçilər hadisə yerində Şovinə kömək ediblər, bundan sonra o, xəstəxanaya göndərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, afroamerikalı Floyd 25 may 2020-ci ildə Şovin tərəfindən saxlanılarkən ölüb. Onun ölümü ABŞ və digər ölkələrdə irqçiliyə qarşı kütləvi etirazlara səbəb oldu.

Qətllə əlaqədar Şovin 22,5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Tuson şəhərindəki orta rejimli həbsxanada çəkir.

Milli.Az


Etiketlər:  Kütləvi etirazların baiskarı həbsxanada bıçaqlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ