Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerkökü hansı ağrını yüngülləşdirir?

Yerkökü hansı ağrını yüngülləşdirir?

Tarix: 25 Noyabr 2023 23:09

Türkiyəli dietoloq Fevzi Özgönül yerkökünün erkən demensiya, Altsheymer, infarkt, xroniki baş ağrısı və dəri xəstəliklərinə qarşı effektiv təsirə malik olduğunu bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, dietoloq qidaların təsiri barədə vacib məlumatları xatırladıb.

İspanaq

Dəmir anbarı olan ispanağın tərkibi A, B, C, E vitaminləri, maqnezium, fosfor, yod mineralları ilə zəngindir. Bu elementlər sayəsində ispanaq orqanizmin müqavimətini artırır, xüsusilə sümükləri və dişləri gücləndirir. Diş çürüməsinin qarşısını alır.

Lobya

Təzə lobya həftədə iki dəfə, xüsusən mövsümdə istehlak edilməlidir. Az kalorili və az yağlı olmasına baxmayaraq, bol lif quruluşu sayəsində digər qidaların həzm olunmasına kömək edir və pis xolesterinin yaranmasının qarşısını alır.

Rozmarin

Rozmarin immun sistemini gücləndirməkdə, mədə xorasında, qəbizlikdə və miqrendə faydalı ola bilər. Rozmarin yağı isə əzələ və oynaq ağrısını azaltmaq üçün istifadə edilə bilər.

Sarımsaq

Təzə sarımsaq mövsümi xəstəliklərdə qoruyucu funksiyanı yerinə yetirir. Təzyiq və xolesterini aşağı salır, qanı durulaşdırır və immun sistemini gücləndirir.

Yerkökü

Yerkökü salatlarda, hər cür ət və tərəvəz yeməklərində istifadə edilir. Unutqanlığa qarşı effektivdir. Son illərdə Altsheymer, infarkt, xroniki baş ağrısı, dəri və ağciyər xərçənginə qarşı istifadə edilməyə başlanıb.

Milli.Az


Etiketlər:  Yerkökü hansı ağrını yüngülləşdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ