Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ən faydalı şorbadır - Qastroenteroloq

Bu ən faydalı şorbadır - Qastroenteroloq

Tarix: 26 Noyabr 2023 02:36

Ən faydalı şorba borşdur, o, qida maddələrinin ideal birləşməsinə malikdir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik" radiosuna tibb elmləri namizədi, qastroenteroloq-dietoloq İrina Berejnaya məlumat verib.

"Tərkibində zülal, kifayət qədər miqdarda tərəvəz şəklində mürəkkəb karbohidratlar və lif var, kalorisi yüksək deyil. Şimal enliklərinə gəlincə, orada daha yağlı şorbalar məşhurdur, çünki temperatura görə daha çox enerji tələb olunur", - mütəxəssis izah edib.

Tərəvəz şorbalarında bağırsağın işini stimullaşdıran çoxlu lif, həmçinin bir sıra vitaminlər, elementlər və minerallar var. Yeganə mənfi cəhəti az miqdarda protein olmasıdır.

Həkim püre şəklində olan şorbalardan da söz açıb və bildirib ki, onlar enerji baxımından zəngin olsa da, tez-tez istehlakı bağırsaqlar üçün zərərlidir. Bundan əlavə, püre şəklində olan şorbalar mikrobiotanın inkişafı üçün kifayət qədər lifə malik olmaya bilər.

Milli.Az


Etiketlər:  faydalı şorbadır Qastroenteroloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ