Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalmanı sürətləndirən qidalar - Uzaq DURUN

Qocalmanı sürətləndirən qidalar - Uzaq DURUN

Tarix: 26 Noyabr 2023 03:36

Qastroenteroloq Yekaterina Sitnikova xəbərdarlıq edib ki, qırmızı ət və qazlı içkilər xərçəngə tutulma riskini artırır, həmçinin orqanizmin qocalmasını sürətləndirir.

Milli.Az lent.az-a istinadən bildirir ki, Sitnikova qocalmanı sürətləndirən məşhur qidalardan biri kimi qırmızı ətin adını çəkib. Həkimin sözlərinə görə, onun tərkibində hüceyrənin zədələnməsinə səbəb olan doymuş yağ turşuları, xolesterin və çoxlu miqdarda duz var. Bundan əlavə, qırmızı ət bişərkən DNT-ni zədələyən və qocalmağa səbəb olan kanserogen maddələr buraxa bilər.

"Qırmızı ətin həddindən artıq istehlakı çox vaxt ürək-damar xəstəlikləri və xərçəng riskinin artması ilə əlaqələndirilir. Bir sıra bağırsaq xəstəlikləri də qismən gündəlik qida rasionunda ət məhsullarının payının artması və bitki komponentlərinin (lif) azalması ilə əlaqələndirilir", - Sitnikova bildirib. Bu məhsulun əvəzinə o, balıq, qoz-fındıq, paxlalılar və ya quş əti kimi digər protein mənbələri yeməyi tövsiyə edib.

Qastroenteroloq həmçinin qazlı içkilər içərkən ehtiyatlı olmağa çağırıb, çünki onların tərkibində çoxlu miqdarda şəkər var. Pəhrizdə onun artıq olması piylənmə və şəkərli diabet riskini artırır ki, bu da son nəticədə qocalmanı sürətləndirir. O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, şəkər ümumi qəbul edilən kalorinin on faizindən çoxunu təşkil etməməlidir.

Milli.Az


Etiketlər:  Qocalmanı sürətləndirən qidalar Uzaq DURUN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ