Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak olub

Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak olub

Tarix: 27 Noyabr 2023 07:28

Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub", - Federasiya qeyd edib.

Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.

Qeyd edək ki, onun 38 yaşı olub. Hələ aprel ayında Saçuk "Ukraynaya hərbi xidmətə görə" medalı ilə təltif edilmişdi.

Milli.Az


Etiketlər:  Şahmat Federasiyasının vitse prezidenti müharibədə həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ