Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv etdi

Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv etdi

Tarix: 28 Noyabr 2023 08:28

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının V turunun İranın "Persepolis" komandası ilə oyununda hakim səhvini düzəldib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

Matçın 2-ci dəqiqəsində Ronaldu rəqibi ilə qarşılaşdıqdan sonra cərimə meydançasında yıxılıb. Hakim dərhal penalti təyin edib, lakin Kriştianu rəqibinin qaydaları pozmadığına işarə etməyə başlayıb.

Portuqaliyalı bu barədə hakimə məlumat verib, bundan sonra VAR penaltini ləğv edib.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə heç-heçə başa çatıb. Matçın 17-ci dəqiqəsində "Əl-Nəsr"ın müdafiəçisi Əli Əl-Avcami qırmızı vərəqə alıb. Oyunun 52-ci dəqiqəsində VAR "Persepolis"in futbolçusunun qolunu oyundankənar vəziyyətə görə qəbul etməyib. E qrupunun turnir cədvəlinə 5 oyundan 13 xalla "Əl Nəsr" başçılıq edir. "Persepolis" 8 xalla ikinci yerdədir.

Milli.Az


Etiketlər:  Hakim Kriştianu Ronaldunun xahişindən sonra penaltini ləğv etdi


RƏYLƏR