Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”ın hücumçusu Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib

“Real”ın hücumçusu Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib

Tarix: 28 Noyabr 2023 12:36

İspaniyanın "Real" klubunun hücumçusu Vinisius Junior ölkəsi Braziliyada 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az report-a istinadən xəbər verir ki, 23 yaşlı forvard "Qızıl Samba" mükafatına layiq görülüb.

Səsvermədə ikinci yeri Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Neymar tutub. İlk "üçlüy"ü Fransa PSJ-sinin müdafiəçisi Markinyoş qapayıb.

2021-ci ilə qədər "Qızıl Samba" Avropada oynayan ən yaxşı braziliyalıya verilirdi. Son üç ildə bu mükafatı Neymar qazanıb.

Qeyd edək ki, Vinisius Junior bu mövsüm 13 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Milli.Az


Etiketlər:  Realın hücumçusu Braziliyada 2023 ilin ən yaxşı futbolçusu seçilib


RƏYLƏR