Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Natiq Şirinov səhnəyə nəvəsi ilə çıxdı - VİDEO

Natiq Şirinov səhnəyə nəvəsi ilə çıxdı - VİDEO

Tarix: 28 Noyabr 2023 13:10

Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinov ötən günlərdə rəhbəri olduğu "Natiq" ritm qrupu ilə konserti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, konsertdən yeni görüntülər yayılıb. Videoda N.Şirinovun səhnəyə nəvəsi Şəmslə birgə çıxdığı yer alıb.

Görüntüləri onun gəlini Fatimə sosial media hesabında yayımlayaraq "Natiq" ritm qrupunun 14 noyabrda konserti olmuşdu. Ən balaca dinləyicisi Şəms idi" deyə, yazıb.

Qeyd edək ki, Fatimə Natiq Şirinovun musiqiçi oğlu Ümid Natioğlu ilə ailəlidir. Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızı, Xalq artisti Alim Qasımovun isə nəvəsidir. 

N.Şirinovun qızı Sevil isə bir müddət əvvəl Semih adlı Türkiyə vətəndaşı ilə nişanlanıb. 

Milli.Az


Etiketlər:  Natiq Şirinov səhnəyə nəvəsi ilə çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ