Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu iclasda iştirakdan imtina etdi

Ukrayna bu iclasda iştirakdan imtina etdi

Tarix: 28 Noyabr 2023 19:00

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ATƏT-in xarici işlər nazirlərinin iclasında iştirak etməyəcək.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko bildirilib.

Qeyd olunub ki, Kiyev Rusiyanın mövqeyinə görə toplantını boykot edəcək.

O.Nikolenkonun sözlərinə görə, Rusiya ATƏT-i məhv edir: "Moskva şantaj və açıq təhdidlərə əl ataraq, sistematik olaraq əsas məsələlərdə konsensusa mane oldu. Estoniyanın 2024-cü ildə ATƏT-in sədrliyinə namizədliyinin qarşısının alınması da özbaşınalıq olub. Bundan əlavə, Rusiya 500 gündən çox həbsdə olan üç ukraynalı - ATƏT nümayəndələrini qanunsuz olaraq saxlayıb".

XİN rəsmisi bildirib ki, Rusiya ATƏT-də ekzistensial böhran yaradıb, təşkilatı öz şıltaqlığının və aqressiyasının girovuna çevirib: "Bütün bunlara baxmayaraq, Rusiyanın iclasda iştirakı ATƏT-dəki böhranı daha da dərinləşdirəcək".

Qeyd edək ki, ATƏT XİN başçılarının iclası noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.


Etiketlər:  Ukrayna iclasda iştirakdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ