Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 10:44
Türkiyəli milyonerin Bakıdakı şirkətinin kassa sənədləri yoxa çıxıb.
Sonxeber.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, "AzAgromila" MMC-yə məxsus ĞİL seriyalı, 156301-dən 156700 nömrəyə qədər olan kassa mədaxil orderi və kassa mədaxil orderinin qəbzi itib.
Buna görə də sözügedən sənədlər etibarsız sayılır.
Qeyd edək ki, "AzAgromila" MMC orqanik gübrə istehsalı üzrə ixtisaslaşmış Azərbaycan və Türkiyə kapitallı şirkətdir. MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 857 000 dollar olar şirkətin rəhbəri türkiyəli iş adamı Ramazan Karaşahindir.