Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda azərbaycanlı ailəyə hücum - Ölən və yaralanan var

Gürcüstanda azərbaycanlı ailəyə hücum - Ölən və yaralanan var

Tarix: 29 Noyabr 2023 11:44

Gürcüstanın Kaxeti bölgəsinin Saqareco rayonunun Tüllər kəndində silahlı insident zamanı ər qətlə yetirilib, onun həyat yoldaşı isə yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyi güman edilir. 

Onun qadının ərinə bir neçə dəfə odlu silahdan atəş açdığı iddia edilir.

Həmin şəxs hadisə yerindən qaçıb. Yaralı qadın klinikaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başladılıb.

Qeyd edək ki, APA qətlə yetirilən şəxslərin azərbaycanlılar olduğu barədə məlumat yayıb.

Milli.Az


Etiketlər:  Gürcüstanda azərbaycanlı ailəyə hücum Ölən yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ