Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub

Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub

Tarix: 6 Noyabr 2019 15:42

Bakı. Eldar Canaşvili - Trend:

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91 faiz artaraq 2,2 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

O bildirib ki, Azərbaycanda elektron ticarət sahəsi sürətlə artır və bu artım həmin sahənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini sürətləndirə bilər.

A.Quliyev əlavə edib ki, hazırda elektron ticarətə tətbiq olunan ƏDV 18 faizə bərabərdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda elektron ticarətin artımı faizdən çox olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ