Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mandarinin zərəri faydasından çoxdur – Həkim

Mandarinin zərəri faydasından çoxdur – Həkim

Tarix: 1 Dekabr 2023 02:48

Noyabr-dekabrın ən populyar meyvəsi mandarin - narıngi sən demə, qaraciyərə zərərli imiş.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb.

"Hər gün mandarin yeyənlər qaraciyərlə bağlı problem yaşaya və kökələ bilərlər.

Bu meyvədə sadə karbohidratlar çoxdur, onlar qanda şəkəri çox güclü qaldırır. Əgər gündəlik normadan artıq, yəni 2 ədəddən çox yesəniz, artıq şəkər qaraciyərdə depolanacaq. Bu isə yağlı qaraciyər - hepatoza səbəb olacaq.

İdmanla məşğul olanlar, müntəzəm fiziki aktiv olanlar günə 200 qram təmizlənmiş mandarin yeyə bilər.

Amma qalan insanlar 100 qramdan artıq yeməməlidir.

Kimlərə qəti mandarin olmaz: diabet xəstələri, hamilələr, allergiklər, azyaşlı uşaqlar, qaraciyər piylənməsi olanlar.

Mandarin qabıqlarını yemək, çaya atmaq məsləhət deyil, çünki mandarin uzun müddət qalsın deyə çox pestisif vurulur".

Milli.Az


Etiketlər:  Mandarinin zərəri faydasından çoxdur Həkim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ