Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyə Yasin surəsi oxunarkən əvvəlində ayağa qalxırlar?

Niyə Yasin surəsi oxunarkən əvvəlində ayağa qalxırlar?

Tarix: 1 Dekabr 2023 04:00

Yasin surəsinin əvvəlində surənin adının götürüldüyü "ya" və "sin" kəlmələri gəlir. Bəzi surələrin əvvəlindəki bu hərflərə təfsir alimləri fərqli izahlar vermişlər. Bunlara müqəttəə (qırıq-qırıq) hərflər deyilir. Surələrin əvvəlindəki müqəttəə hərflərin hər birinin fərqli mənaları vardır. Yasin surəsinin əvvəlindəki "ya" və "sin" hərflərinə verilmiş izahlardan biri bundan ibarətdir ki, bunlar "ya seyyid" ifadəsinin baş hərfləridir. Seyyid ərəb dilində ağa mənasını bildirir və ehtiramı ifadə edir. Yasin surəsinin əvvəlindəki bu ifadənin Həzrət Mühəmməd Peyğəmbərə (s) işarə olduğunu deyirlər. Surə tilavət edildikdə əvvəldəki həmin hərfləri oxuyan və dinləyən şəxslər adətən ya yerlərindən qalxır, ya da heç olmasa əllərini sinələrinə qoyub salavat söyləyirlər. Bununla da Peyğəmbərin ruhuna ehtiram ifadə olunur.

Milli.Az


Etiketlər:  Niyə Yasin surəsi oxunarkən əvvəlində ayağa qalxırlar


RƏYLƏR