Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qorxduğumuz oldu: Çindən sonra Avropada da uşaqlar xəstələnməyə başladı - VİDEO

Qorxduğumuz oldu: Çindən sonra Avropada da uşaqlar xəstələnməyə başladı - VİDEO

Tarix: 1 Dekabr 2023 16:38

Çinin bəzi şəhərlərində, xüsusən Pekində son həftələrdə artan tənəffüs sistemi xəstəlikləri narahatlıq yaratmağa davam edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının uzaqdan izlədiyi və Çin rəsmilərindən izahat gözlədiyi "sirli pnevmoniya epidemiyası" səbəbindən xəstəxanalar dolub. Xüsusilə uşaqlara təsir edən xəstəliyin əsas simptomları yüksək hərarət və öskürəkdən ibarətdir. Ötən həftələrdə Çində baş verən epidemiya Avropada da yayılmağa başlayıb. Hollandiyada son günlər xüsusilə uşaqlar arasında çox ciddi tənəffüs yolu xəstəlikləri epidemiyasının baş verdiyi açıqlanıb. Səlahiyyətlilər simptomların Çində yayılan xəstəliyin əlamətlərinə bənzədiyini söyləyib.

Hollandiyanın Utrext şəhərində xəstə sayının getdikcə artdığı, xüsusilə 5-14 yaş arası uşaqların xəstələndiyi bildirilib. Verilən məlumatlara görə, xəstəlik nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Ağciyərlərdə iltihaba səbəb olan xəstəliyin bakterial və ya virus əsaslı olduğu qeyd olunub.

Digər tərəfdən, sosial şəbəkələrdə yayımlanan foto və videolarda Çindən yayılan görüntülərdə təmizlik işçilərinin xüsusi geyimlərdə və xüsusi sistem vasitəsilə küçə və məktəbləri təmizlədiyi nəzərdən qaçmayıb.

Qeyd edək ki, 2019-cu ilin son həftələrində Çində ortaya çıxan koronavirus daha sonra bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb oldu. Bəzi rəsmilər və ekspertlər Çinin COVİD-19 haqqında beynəlxalq ictimaiyyəti gec məlumatlandırdığını söyləyərək, hələ də Çin administrasiyasını günahlandırırlar.

Milli.Az


Etiketlər:  Qorxduğumuz oldu Çindən sonra Avropada da uşaqlar xəstələnməyə başladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ