Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 17:54
Taksi fəaliyyəti göstərən sürücülərin bəziləri sərnişinləri tələyə salmaq üçün yeni hiyləyə əl atıb. Söhbət sürücülərin gözləmə fırıldağından gedir.
Sonxeber.net xəbər verir ki, AzTV-də yayımlanan "Telesəhər" musiqi-informasiya proqramının komandası məsələni araşdırıb.
Bildirilib ki, sifariş verilən zaman mobil tətbiqdə görülən məbləğ nədənsə mənzil başına çatanda dəyişir.
Belə ki, sürücülər əksər hallarda məkana çatmadan "Gözləmə" düyməsini vurur. Nəticədə sərnişinlər göstərilən xidmətdən daha çox ödəniş etməli olurlar.
Məsələ ilə bağlı həm taksi sürücülərinin, həm sərnişinlərin münasibəti öyrənilib.
Ekspertlər son vaxtlar artan gözləmə fırıldağını yolverilməz hesab edirlər. Bu məsələdə sərnişinləri daha diqqətli olmalı və yalnız sifariş edərkən mobil tətbiqdə göstərilən məbləği ödəməlidir.