Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Türkiyə-Ermənistan sərhədindəki məntəqə istismara hazırdır”

“Türkiyə-Ermənistan sərhədindəki məntəqə istismara hazırdır”

Tarix: 2 Dekabr 2023 10:58

"Türkiyə ilə Ermənistan sərhədində yerləşən "Marqara" nəzarət-buraxılış məntəqəsi istismara hazırdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb. 

"Nəzarət-buraxılış məntəqəsi istismara hazırdır və Ermənistan sərhədin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılmasına dair Türkiyədən müsbət siqnallar gözləyir", - deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, noyabrın ortalarında Ermənistanın Dövlət gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan yeni nəzarət-buraxılış məntəqəsinin inşasının sona yaxınlaşdığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Türkiyə Ermənistan sərhədindəki məntəqə istismara hazırdır


RƏYLƏR