Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub”

“Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub”

Tarix: 2 Dekabr 2023 14:54

"Ermənistan dövlətinin yaranması ilə həm də regionda terrorçuluq fəaliyyəti başlayıb".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Esma Özdaşlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunmuş beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, indiki Ermənistan ərazisi əslində türk torpaqlarıdır: "Ona görə də biz deyə bilərik ki, bu dövlətin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub. Ermənistanı monoetnik dövlət olması da diqqət çəkir".

Ekspertin sözlərinə görə, əgər bu gün tarixi türk torpaqları olan İrəvanda bir nəfər belə türk yoxdursa, deməli, soyqırımı törədən Ermənistan özüdür və Türkiyəyə qarşı iddialar əsassızdır.

O əlavə edib ki, erməni terrorçular çoxlu sayda Azərbaycan və Türkiyə siyasətçinə sui-qəsd həyata keçirib: "Qərb isə erməni terror təşkilatlarını həmişə müdafiə edib".

Esma Özdaşlı qeyd edib ki, Qarabağda çoxlu sayda PKK terrorçusu olub və onlar Azərbaycana qarşı fəaliyyət göstəriblər.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan vaxtı ilə PKK terrorçuları ilə birlikdə Cıdır düzündə yallı oynayıb: "Ermənistanın müxtəlif terror təşkilatları var. Onlar dəfələrlə Azərbaycan səfirliklərinə hücum edib. Bu, bir daha onu deməyə əsas verir ki, terrora qarşı mübarizə güclənməlidir".

Milli.Az


Etiketlər:  Ermənistan dövlətinin yaranması ilə bölgədə terrorçuluğun əsası qoyulub


RƏYLƏR