Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Liverpul” və “Çelsi”dən əzmkar qələbə

“Liverpul” və “Çelsi”dən əzmkar qələbə

Tarix: 3 Dekabr 2023 22:14

İngiltərə Premyer Liqasında on dördüncü turun iki maraqlı qarşılaşması birdən başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hər iki görüş çox məhsuldar keçib və meydan sahibləri qalib gəlib. "Liverpul" öz meydanında "Fulhem"in müqavimətini qırdı, "Çelsi" isə doğma meydançasında "Brayton"u üstələdi.

Beləliklə, "Liverpul" turnir cədvəlində ikinci pilləyə yüksələ bilib, "Çelsi" isə onuncu yeri tutub.

"Liverpul" - "Fulhem" - 4:3 

Qollar: Aleksandr-Arnold, 20 - 1:0; Uilson, 24 - 1:1; Makallister, 38 - 2:1; Tete, 45+3 - 2:2; Rid, 80 - 2:3; Endo, 87 - 3:3; Aleksandr-Arnold, 88 - 4:3.

"Çelsi" - "Brayton" - 3:2 

Qollar: Fernandes, 17 - 1:0; Kolvill 21 - 2:0; Buonanotte, 43 - 2:1; Fernandes, 65 - penalti ilə - 3:1; Joao Pedro, 90+2 - 3:2.

Qırmızı kart: Qallaher 45 - "Çelsi".

Milli.Az


Etiketlər:  Liverpul Çelsidən əzmkar qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ