Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il günəş aktivliyi pik həddə çata bilər

Gələn il günəş aktivliyi pik həddə çata bilər

Tarix: 4 Dekabr 2023 05:06

Kəlkütədəki Hindistan Kosmik Elm Mükəmməllik Mərkəzinin astronomları günəş aktivliyinin 11 illik dövrünün zirvəsinin gələn il baş verəcəyinə inanırlar. 

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "Royal Astronomical Society" (MNRAS) adlı elmi jurnalda dərc olunub.

Günəş plazma kimi tanınan isti ionlaşmış qazdan ibarətdir. Nəhəng plazma axınları və konveksiya birlikdə Günəşin daxilində səthdə qaranlıq ləkələr kimi görünən maqnit sahələri əmələ gətirir. Bu günəş ləkələri ölçülərinə görə Yerlə müqayisə edilə bilər və planetimizin maqnit sahəsindən təxminən 10 min dəfə güclü olan intensiv maqnitizm mərkəzləridir.

Bəzən günəş ləkələrinin maqnit sahələri pozulur, nəticədə günəş alovları və ya tac kütləsinin atılması kimi maqnit fırtınaları yaranır. Bu kosmik fırtınalar yüksək enerjili radiasiya yayır və ulduzlararası kosmosa böyük miqdarda maqnitləşdirilmiş plazma atırlar. Bu fırtınaların ən güclüsü Yerə dəysə, orbitdəki peyklərə, elektrik şəbəkələrinə və telekommunikasiyalara ciddi ziyan vura bilər.

Təxminən hər 11 ildən bir günəş ləkələrinin sayı və günəş aktivliyinin intensivliyi kosmik mühitdə ən güclü pozuntuların gözlənildiyi zaman pik nöqtəsinə çatır.

Günəşin maqnit sahəsinin yeni müşahidələrinə görə, hazırkı 25-ci günəş tsiklində aktivliyin 2024-cü ilin əvvəlində pik həddə çatma ehtimalı yüksəkdir. Amma hadisə daha sonra baş verə bilər - qiymətləndirmədəki qeyri-müəyyənlik gələn ilin payızının əvvəlinə qədər uzanır.


Etiketlər:  Gələn günəş aktivliyi həddə çata bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ