Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2023 19:22
Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb.
Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələdə can itkisinin olub-olmadığı barədə açıqlama verilməyib.