Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir

Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir

Tarix: 4 Dekabr 2023 20:12

Rumıniya yığması UEFA Millətlər Liqasının 2024/2025 mövsümündə Azərbaycanla qarşılaşmaq istəmir.

Milli.Az report-a istinadən xəbər verir ki, millimiz C Liqasında çıxış edəcək rumınlar üçün çətin rəqib hesab edilir.

Yerli federasiya Azərbaycanla yanaşı, Şimali Makedoniya və Litvanı da arzuolunmaz rəqiblər hesab edir. Onlar Farer adaları, Kipr və Estoniyadan ibarət qrup arzulayırlar.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Azərbaycan yığması C Liqasının II səbətində yer alacaq.

Milli.Az


Etiketlər:  Bu yığma Azərbaycanla qarşılaşmaq istəmir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR