Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2023 11:06
Qızılcaya qarşı bir dəfə vaksin olunan uşaqlar virusa yenidən yoluxa bilərlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu həkim Adil Qeybulla deyib.
Həkim bildirib ki, yayılan qızılcanın hansısa virusdan qaynaqlandığı ilə bağlı yayılan iddialar əsassızdır. Onun sözlərinə görə, hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Həkim qızılcadan ölümün əsas səbəblərini də açıqlayıb.
Adil Qeybulla hesab edir ki, epidemioloji vəziyyətin pisləşməsi uşaqların müəyyən qisminin peyvənd olunmaması ilə bağlıdır.
Onun sözlərinə görə, valideynlərin bu məsələyə vaxtında ciddi yanaşmaması vəziyyəti bir qədər çətinləşdirib. Nəticədə yoluxmalar kəskin artıb.
Həkim əlavə edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, icbari peyvəndləmə başlanmalıdır.