Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Levandovski ilə bağlı qərarını açıqladı

Tarix: 6 Dekabr 2023 14:20

Polşalı hücumçu Robert Levandovski "Barselona"dan ayrılmayacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə jurnalist Şey Laqassi sosial şəbəkədə paylaşım edib.

O, 35 yaşlı futbolçunun növbəti mövsümü Kataloniya klubunda keçirəcəyini yazıb. Bildirib ki, "Barselona" rəhbərliyi də gələn yay forvard üçün gələcək təklifləri nəzərdən keçirmək niyyətində deyil.

Daha əvvəl ispanların Levandovskini yay transfer pəncərəsində satacağı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, polşalı forvard bu mövsümün 17 matçında 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Barselona Levandovski ilə bağlı qərarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ