Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda QƏRİBƏ HADİSƏ: Sürücü sərnişinləri avtobusda qoyub aradan çıxdı - VİDEO

Bakıda QƏRİBƏ HADİSƏ: Sürücü sərnişinləri avtobusda qoyub aradan çıxdı - VİDEO

Tarix: 9 Dekabr 2023 07:16

"BakuBus" sürücüsü gecəyarı sərnişinləri yolda qoyub.

Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Onların iddiasına görə, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

Sürücünün bu əməlinə etiraz edən sərnişinlər avtobusu tərk etmək istəmədikdə, sürücü mühərriki söndürüb, avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.

Sərnişinlərin çəkdiyi görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda QƏRİBƏ HADİSƏ Sürücü sərnişinləri avtobusda qoyub aradan çıxdı VİDEO


RƏYLƏR