Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA - YENİLƏNİB - FOTO

Ananın uşağını “unutduğu” taksinin sürücüsü: “Sifarişi başqası vermişdi” - AÇIQLAMA - YENİLƏNİB - FOTO

Tarix: 9 Dekabr 2023 16:32

"Xanım xahiş edib maşını saxlatdı. Dedi ki, bir dəqiqəyə gəlirəm, sonra geri qayıtmadı".

Milli.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında qadının uşağını "unudub" getdiyi taksinin sürücüsü Eldəniz Tanarverdiyev deyib.

O, hadisənin təfərrüatı barədə danışıb. Qeyd edib ki, qadının gəlmədiyini gördükdən sonra dərhal polis əməkdaşlarına məlumat verib:

"Hadisə ötən gün baş verib. Xanımı övladı ilə bərabər təxminən 18:30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində götürdüm. Sifariş Masazır dairəsinə idi. Yol tıxac idi. Təxminən 19:40-da "Şamaxinka"da, hospitalın yanında idik. Xanım birdən maşını saxlamağımı xahiş etdi, bir dəqiqəyə gələcəyini bildirdi. Uşaq anası gedən kimi ağlamağa başladı. 20 dəqiqə gözlədim, lakin geri qayıtmadı. Dərhal polisə zəng vurub, məlumat verdim".

Sürücü xanımın əlaqə nömrəsinin olmadığını da bildirib:

"Xanımın telefonu da yox idi. Sifarişi edən nömrəyə zəng vurdum, zəngi bir şəxs açdı. Bildirdi ki, xanım yolda ona müraciət edib, telefonu olmadığını, taksini Masazır dairəsinə sifariş etməyini xahiş edib.

Onun pulu olmasaydı da, mən ondan heç vaxt pul istəməzdim. İnsanlıq halıdır. Uşağı evə apara bilərdim. Amma xanımı sonradan tapa bilmərəm deyə polisə bildirdim".

"Yolboyu uşaqla kobud rəftar etmirdi. Düşünürəm ki, imtina etsəydi, Bakıxanovda qoyardı. Xanımın düşdüyü yerə arxasınca gedə bilmədim. Çünki uşağı tək qoya bilmirdim. Maşın da yolun ortasında qalmışdı. Başqa yerə sürmürdüm ki, yeri itirməsin. 2009-cu ildən taksi sürücüyəm. Təcrübəm var. Uşağı polisdən başqa heç kimə etibar edə bilməzdim. Uşaq indi sığınacaqdadır", - deyə E.Tanarverdiyev əlavə edib.

-------

11:25

Daxili İşlər Nazirliyi (DİN) Bakıda ananın övladını taksidə qoyaraq qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:

"Məsələdən məlumatlıyıq, araşdırmalara başlanılıb".
 

--------

08:57

Bakıda ana övladını taksidə qoyaraq qaçıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

"Gecəmiz təəssüf ki, rahat keçmədi. Körpənin anası övladını taksidə qoyaraq gedib. O, taksi sürücüsünə su alıb qayıdacağını bildirib. Hazırda körpə sığınacaqdadır", - deyə M.Zeynalova qeyd edib.

Milli.Az


Etiketlər:  Ananın uşağını unutduğu taksinin sürücüsü Sifarişi başqası vermişdi AÇIQLAMA YENİLƏNİB FOTO


RƏYLƏR