Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

27 yaşına qədər kənddə müəllim işləyən xalq artisti: "İndiki mahnıların sözləri yadda qalmır"

27 yaşına qədər kənddə müəllim işləyən xalq artisti:

Tarix: 9 Dekabr 2023 23:55

"27 yaşıma qədər kənddə müəllim işlədim, daha sonra məni Filarmoniyaya dəvət etdilər".

"Efirlərə az-az çıxıram. Seçim edirəm. Seçim edəndə də görürəm ki, mənim qonaq olacağım verilişlər çox azdır. Sağ olsun bütün telekanallar, aparıcılar dəvət edirlər, bunu itirə bilmərəm. Bu sənət elə bir zirvədədir ki, bəzən bir saniyəyə o hörməti itirə, o zirvədən yerə düşə bilərsən. Ən son çıxış etdiyim Arb kanalında yayımlanan "O üz" verilişi oldu. Həmin veriliş ustadım İslam Rzayevə həsr olunmuşdu. Çox bəyəndim. Mən o kişinin üstümdəki əziyyətini, zəhmətini dana bilmərəm. Özümə böyük borc bildim ki, həmin verilişdə iştirak edim"

Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Ağadadaş Ağayev deyib. Xalq artisti bir zamanlar kənddə müəllim çalışdığı illəri də xatırlayıb.

"Pedaqoji universiteti bitirəndən sonra məni universitetdə saxlamaq istədilər. Çünki aktiv fəaliyyətim var idi. Fikirləşirdilər ki, təşkilatçılıq işlərini mən görərəm. Soruşdum ki, müəllim qalıb işləsəm hərbi xidmətə gedəcəm? Dedilər ki, bəli. Kəndə gedən müəllim az idi, kim gedib işləyirdisə ona özəl yanaşma var idi. 27 yaşına qədər kənddə işləyən müəllimi hərbi xidmətə aparmırdılar. Mən də Sovet imperiyasına uşaqlıqdan nifrət edirdim. Öz torpağını, vətənini sevən insanlar mənim üçün doğmalarımdan da doğmadır. Bir insan ki, vətənini sevə bilmir, o insandan hər şey gözləmək olar. Ona görə də gedib kənddə müəllim işlədim. 27 yaşım tamam olan kimi məni Bakıya, Filarmoniyaya solist götürdülər" deyə aktrisa bildirib.

Xalq artisti Ağadadaş Ağayev gənc müğənnilərdən də danışıb.

"Bəzən mahnılarımı öncədən icazə alıb oxuyurlar. Bəzən isə oxuyandan sonra deyirlər ki, oxumuşuq. Ona görə də əziyyətlərinə heyfim gəlir, yox demirəm. Özüm də çalışıram ki, köhnə mahnılarımı yeni aranjimanda tamaşaçılara təqdim edim. Çünki bu mahnılar çox sevilir. "Dodağına gülüş qonub" mahnım yutubda 1 ilin içində 7 milyondan çox baxış toplayıb. Demək ki, bu mahnı həm gənclərin, həm də digər yaş təbəqələrinin zövqüncədir. İndiki mahnıların əksəriyyətinin sözləri yadda qalmır. Bir az musiqimizdə yad ritmlər müşahidə olunur. Azərbaycan xalqının çox gözəl klassikləri olub. Çox istərdim ki, hər bir gənc bu sənətə başlayanda onları dinləsin" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  27 yaşına qədər kənddə müəllim işləyən xalq artisti İndiki mahnıların sözləri yadda qalmır


RƏYLƏR